Rayonun yaranma tarixi- 26.XI.1991
Ərazisi - 0,94 min. kv. km.
Əhalisi - 28537
O, cümlədən azərbaycanlı-lar - 15608
Digər əhali - 12929
İşğal günü - 26.02.1992
2016-cı ilin I rübü ərzində rayon Statistika idarəsi uçot vahidləri ilə mütəmadi əlaqə saxlayaraq hesabatların elektron formada (online) rejimində qəbul olunmasını təmin etmişdir. Rüb ərzində tərəfimizdən 2 təhlili məruzə, 1 məcmuə və 1 bülleten hazırlanmışdır.
Kənd təsərrüfatı
Rayonda yazlıq olaraq 25 hektarda kartof əkini, 19 hektarda müxtəlif növ yazlıq tərəvəz bitkiləri əkilmişdir.
Bitkiçiliklə yanaşı rayonda heyvandarlıq sahəsinə də xüsusi fikir verilmişdir. Belə ki, hesabat rübü ərzində əhalidə iri buynuzlu mal-qaranın baş sayı rübün sonuna 3449 baş, qoyun - keçinin baş sayı isə 19023 baş olmuşdur. Rübün sonuna rayonda ət istehsalı 570 sen, süd istehsalı 5900 sen, yumurta istehsalı isə 11 min ədəd olmuşdur.
Rayonda rüb ərzində 479.4 min manatlıq təmir-tikinti işləri aparılmışdır.
Demoqrafiq vəziyyət
2016-cı ilin I rübü ərzində rayonumuzun əhalisi 28537 nəfər olmuşdur ki, bundan da 12929 nəfərini erməni və digər millətlər, 15608 nəfəri isə azərbaycanlılar təşkil edir. Rüb ərzində 40 uşaq doğulmuş, 18 ölüm halı qeydə alınmışdır. Ölənlərdən 1 yaşa qədər uşaq ölümü qeydə alınmamışdır.
Rüb ərzində rayona gələnlərin sayı 131 nəfər, gedənlərin sayı 57 nəfər olmuşdur. Rayonda başqa sahələrlə yanaşı təhsil, səhiyyə, mədəniyyət obyektləri də rayon əhalisinə xidmət göstərir.
Dünyamin ƏSƏDOV,
Xocalı RSİ-nin rəisi